AZ

Ekspert: Eyni ixtisaslar bir neçə universitetdə tədris olunur

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanda universitetlərin gələcəkdə birləşdirilməsi mümkündür. Bu mövzu artıq bir müddətdir müzakirə olunur”.Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Əli Əhmədov bildirib.O deyib ki, bəzi ali məktəblərdə tələbə sayı azdır:“Eyni ixtisaslar bir neçə universitetdə tədris olunur. Bu isə resursların səmərəsiz istifadəsinə səbəb olur. Belə hallarda universitetlərin birləşdirilməsi daha məqsədəuyğun ola bilər. Birləşmə əsasən təhsilin keyfiyyətini artırmaq üçün edilir. Maddi-texniki baza güclənir. Müəllim heyəti və elmi potensial bir mərkəzdə cəmləşir. Bu da tədrisin səviyyəsinə müsbət təsir göstərir. Dünya təcrübəsində də bu cür nümunələr çoxdur. Bir çox ölkə ali təhsildə optimallaşdırmaya gedib. Azərbaycan da bu prosesdən kənarda qala bilməz. Ancaq bu addım tələskənliklə atılmamalıdır. Hər universitetin profili nəzərə alınmalıdır. Tələbə və müəllimlərin maraqları qorunmalıdır. Birləşmələr mərhələli və planlı şəkildə aparılmalıdır”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
demokrat.az

1Mənbələr