Rusiya Silahlı Qüvvələri yanvarın 9-da "Oreşnik" ortamənzilli raketləri ilə endirdiyi zərbə nəticəsində Ukraynanın Lvov Dövlət Aviasiya Təmiri Zavodunu sıradan çıxarıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Oreşnik" silahı ilə Rusiya qüvvələri Ukraynadakı istehsal müəssisələrini, PUA anbarlarını və zavodun aerodromunun infrastrukturunu vurub: "Lvov Aviasiya Təmiri Zavodu Qərb ölkələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinə tədarük edilən F-16 və MiQ-29 təyyarələrinə xidmət göstərirdi".
Həmçinin qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri "İskəndər" və "Kalibr" raketlərindən istifadə edərək hava hücumu ilə Kiyevdəki iki istehsal müəssisəsini vurub.