AZ

İranda Starlink siqnalını kütləvi şəkildə bloklamağın yolunu tapıblar

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran mütəxəssisləri ölkə daxilində Starlink terminallarının siqnalını kütləvi şəkildə bloklamağın yolunu tapıblar.

Reyting.az xəbər berir ki, bu barədə “Iran Wire” yazıb.

Bildirilir ki, ölkə daxilində kütləvi etirazlar fonunda həm beynəlxalq, həm də daxili şəbəkələr tamamilə bağlanıb və hətta Starlink kimi peyk internet xidmətləri qəfildən sıradan çıxıb.

“İranda on minlərlə Starlink cihazının işlədiyi barədə məlumatlara baxmayaraq, siqnalın kəsilməsi peyk rabitəsinə də təsir edib”, - deyə nəşr qeyd edib.

İnternet tədqiqatçısı Əmir Rəşidi “IranWire”-ə bildirib ki, ölkə miqyasında etirazlar başlayandan bəri Starlink peyklərini hədəfə alan hərbi səviyyəli maneə siqnalları aşkarlanıb. O, Starlink-in yuxarı və aşağı trafikinin təxminən 30 faizinin pozulduğunu, sonradan bu rəqəmin 80 faizdən çox olduğunu deyib.

Rəşidinin sözlərinə görə, maneə törədənlər kimi tanınan hərbi səviyyəli avadanlıqların yaratdığı bu cür müdaxilə onun 20 illik tədqiqatında heç vaxt müşahidə edilməyib. O əlavə edib ki, istifadə olunan texnologiya olduqca mürəkkəb və hərbi səviyyəlidir, mümkündür ki, Rusiya və ya Çin tərəfindən təmin edilib.

Nəşr yazır ki, son hesablamalara görə, İranda Starlink abunəçilərinin sayı təxminən 40.000-50.000 nəfərə çatıb. Hətta 2025-ci ilin yayında İranda on iki günlük internetin bağlanması zamanı bəzi istifadəçilər bu peyk xidməti vasitəsilə senzurasız internetə daxil ola biliblər.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
reyting.az

1Mənbələr