AZ

Bəzi məhsullar üçün yeni gömrük yığımları tətbiq ediləcək

Bakı. Trend:

Gömrük yığımlarının məbləğlərində dəyişiklik edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərar gömrük yığımlarına əlavə olaraq bəzi məhsullar üçün gömrükyığımlarının tətbiq edilməsini nəzərdə tutur.

Belə ki, “dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar”ın(dəmir armaturlar) 1 tonu üçün - 150 manat, müxtəlif nomenklaturkodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100manat gömrük yığımları tətbiq edilir.

Bu Qərar 2026-cı il 2 yanvar tarixindən tətbiq edilir və 2026-cıil 30 iyun tarixinədək qüvvədədir.

Seçilən
45
az.trend.az

1Mənbələr