Bakı. Trend:
Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olmamüddəti uzadılıb.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, bir sıra məhsullar üzrə qüvvədə olan idxal gömrükrüsumlarının dərəcələrinin 2025-ci ildə bitməsinə görə (bəzimalların idxal gömrük rüsumundan azadolmalar, bəzi məhsullar üzrəisə spesifik idxal və ixrac gömrük rüsumlarının tətbiqi) həminrüsum dərəcələrinin qüvvədə olma müddətinin uzadılması nəzərdətutulur.
Qərardakı mal qrupları ət məhsulları, süd məhsulları, tərəvəz,meyvə, meyvə və tərəvəz şirəsi, meyvəli içkilər, tütün, dəriməhsulları, tikinti materialları (alçıpan, daş yunu), hava filtri,keramika məhsulları və s. əhatə edir.
Bu Qərarın 1.6-cı və 1.7-ci bəndləri dərc edildiyigündən 30 (otuz) gün sonra, digər bəndləri 2026-cı il yanvarın1-dən tətbiq edilir.