AZ

Ömər Çelik: İsrailin müdaxiləsi İranda daha böyük böhranlara yol aça bilər

İsrailin təşviqləri İranda böhrana səbəb ola bilər.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik səsləndirib.

Çelik problemlərin yalnız İrah hökuməti tərəfindən həll edilməsinin ən doğru addım olduğunu bildirib:

"Qonşumuz İranda xaos görmək istəmirik. Sabitlik region üçün vacibdir. Məsələlər xarici müdaxilələr yolu ilə deyil, İran hökumətinin öz iradəsi ilə həll olunması vacibdir. İsrailin İranla bağlı açıqlamaları regionda daha böyük problemlər yaradacaq bir yanaşmanı əks etdirir", - o qeyd edib.

Seçilən
45
8
apa.az

9Mənbələr