AZ

Rutte: Britaniya və digər bir sıra Avropa ölkələri Qrenlandiyada hərbi mövcudluqlarını artırmaq istəyir

NATO üçün Arktikanın təhlükəsizliyi prioritet olmalıdır.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Böyük Britaniya və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələri Qrenlandiyada hərbi mövcudluqlarını artırmağı müzakirə edirlər.

Rusiyanın Ukraynaya “Oreşnik” raketləri ilə hücumu barədə danışan Rutte Rusiyanın NATO-nu Ukraynaya dəstəkdən çəkindirmək istədiyini, lakin blokun Ukraynanı dəstəkləməkdən əl çəkməyəcəyini vurğulayıb.

“Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Bilirik ki, Macarıstan, ABŞ və digərləri də daxil olmaqla bir neçə müttəfiq Ukraynanın NATO-ya tam üzvlüyünə qarşıdır və ya şübhə ilə yanaşır. Bu, məlumdur. Bu, faktdır”, - Rutte qeyd edib.

Seçilən
21
6
apa.az

7Mənbələr