AZ

"Qremio" "Qalatasaray"da oynamış yetirməsini geri qaytardı - RƏSMİ

Braziliya "Qremio"su son iş yeri “Panatinaikos” (Yunanıstan) olan Teteni heyətinə cəlb edib.

Fanat.Az xəbər verir ki, məlumatı Cənubi Amerika təmsilçisinin mətbuat xidməti yayıb.

"Qalatasaray"ın da uğurları üçün çalışmış 25 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb. Braziliyalı oyunçunun transferi "Qremio"ya 6,2 milyon avroya başa gəlib.

"Qremio"nun yetirməsi olan Tete 2019-cu ildə 15 milyon avroya "Şaxtyor"a (Donetsk, Ukrayna) keçib. O, 2023-cü ilin yayında İstanbul nəhənginə qoşulmuşdu.

Seçilən
38
fanat.az

1Mənbələr