AZ

NATO Ukraynanın "Oreşnik" raketləri ilə vurulmasına münasibət bildirdi

Bakı. Trend:

Rusiyanın Ukraynaya “Oreşnik” raket komplekslərindən zərbələrendirməsi Kiyevə hərbi dəstəkdən imtina etməsi üçün NATO-yagöndərilmiş siqnaldır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte bəyanedib. Onun çıxışı canlı olaraq Atlantik alyansın rəsmi saytındayayımlanıb.

Onun sözlərinə görə, Rusiya alyansı Ukraynaya dəstəkdənçəkindirməyə çalışır.

“Biz bundan imtina etməyəcəyik”,- deyə Rütte vurğulayıb.

Xatırladaq ki, yanvarın 9-da Rusiya Müdafiə Nazirliyi Ukraynanınstrateji əhəmiyyətli obyektlərinə geniş miqyaslı zərbələr, ocümlədən “Oreşnik” komplekslərindən zərbələr endirdiyinitəsdiqləyib. Nazirlik bildirib ki, bu hücum Ukraynanın dekabrın29-da (2025-ci ildə) Rusiya Prezidenti Vladimir PutininNovqoroddakı iqamətgahına hücum cəhdinə cavab olub.

Məqalədə:
Seçilən
49
1
az.trend.az

2Mənbələr