AZ

İlon Maskın BAŞI DƏRDDƏ: “X” sosial şəbəkəsi pedofiliya ittihamı ilə ÜZ-ÜZƏ

İlon Mask pornoqrafik məzmun və pedofil şəkillərinə görə sıxışdırılır.

İnterpress.az xəbər verir ki, Böyük Britaniyada İlon Maskın sahibi olduğu “X” platformasına qarşı ciddi istintaq başlayıb.

Məlumata görə, ölkənin rabitə tənzimləyicisi “Ofcom” şirkəti pornoqrafik məzmun və uşaq istismarı görüntülərinin yayılmasında ittiham edir.

Qalmaqalın mərkəzində “Grok” süni intellekt sistemi dayanır. Bildirilir ki, istifadəçilər bu sistem vasitəsilə pornoqrafik, o cümlədən uşaqların iştirakı ilə saxta görüntülər hazırlayıblar.

Əgər qanun pozuntusu təsdiqini taparsa, şirkəti rekord məbləğdə cərimə gözləyir. Bu, şirkətin qlobal gəlirinin 10 faizi və ya 18 milyon funt sterlinq təşkil edə bilər (hansı məbləğ daha böyükdürsə).

Qeyd edək ki, daha əvvəl İndoneziya və Malayziyada da oxşar səbəblərdən bu çat-botun fəaliyyəti məhdudlaşdırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr