AZ

Polis bölməsinin həyətində qanlı əllərimi yuyub... Sələmçi qadını öldürən Elçinin MƏHKƏMƏSİ

ain.az, Lent az portalına istinadən məlumat verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda sələmçini xüsüsi amansızlıqla öldürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi kecirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Elçin Vəliyevin ifadəsi ilə başlayıb.

O, Təravət Cəfərxanova ilə aralarındakı mübahisənin onun Binəqədidə olan evində olduğunu bildirib:

"Təravət görüşdüyüm qadının anasıdır. Ondan faizə pul götürmüşdüm. İşləyə bilmirdim, iş dayanmışdı deyə pulu ödəyə bilmirdim. O da hər dəfə zəng edib telefonda məni söyüb təhqir edirdi. Dözə bilməyib Binəqədidəki mənzilinə getdim. Aramızda mübahisə, dava-dalaş düşdü, pulu tezliklə qaytarmağımı tələb etdi. Özümü saxlaya bilməyib geri dönərək, onu yumruqla vurdum. Vurma, deyə əllərini qabağa verərək yalvarmağa başladı. Təravət çığıraraq evdən çölə çıxmağımı tələb etdi. Sol cibimdəki bıçağı çıxarıb arxadan onun boğazına vurdum. Qadını qan apardığını görüb bıçağı tullayıb evdən çıxdım. Yaxınlıqdakı polis bölməsinə getdim. Bölmənin həyətindəki bulaqda əl-üzümün qanını yuyub təslim olmağa getdim".

Zərərçəkənin hüquqi varisi Quliyev Habil anasının faizə pul verməsi ilə bağlı deyilənlərin doğru olmadığını dedi:

"Anam namaz qılan, ibadət əhli bir qadın idi, faizə pul verməsi ilə bağlı deyilənlər cəfəngiyyatdır. Elçin gəlib hər dəfə anamdan pul istəyirdi. Qızı Aytac da özündən geri qalan deyil, atası kimi narkomandır. Qızı ilə gəlib anamdan pul istəmişdi ki, bəs kərpic zavodu açacaq. Anam da qonşudan borc alıb pulu verdi ona. Lakin pulu qaytarmırdı. Anam da ona pulu qaytarmasını tələb edirdi. Bu şərəf yoxsulu bibisi qızını zorlayan adamdır; toyda içib, gedib bu murdar əməli törədib, sonra evlənib onunla. Bunun çöldəki itə də borcu var. Öz qardaşına da 8000 pul atıb ki, onu guya işə düzəldəcək. Anamın ölümünü gələn zəngdən sonra bilib xəstəxanaya qaçdım. 23 200 pulum çıxdı xəstəxanaya, amma anamı yaşada bilmədim. Şikayətçiyəm, buna ən ağır cəza verilsin. Bu əyninə şalvar ala bilir ki, mənim dəymiş ziyanımı da ödəsin? "Zon"da ona sürprizim var.

Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlayıb.

Növbəti proses fevralın 2-nə əyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 5-də Bakıda baş verib. Sələmçilik fəaliyyəti ilə məşqul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

İstintaqla o da müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib.

Faktla baglı cinayət məcəlləsinin 120.2.4 maddəsi ilə cinayət işi başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
lent.az

1Mənbələr