AZ

WSJ: 2025-ci ilin sonunda 25 tanker bayraqlarını Rusiya bayraqlarına dəyişdirib

"S&P Global Market Intelligence"in məlumatına görə, ötən ilin son üç ayında 25 tanker bayraqlarını Rusiya bayraqlarına dəyişdirib. 

HİT.az "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, bunlardan 18 gəmi dekabr ayında bayraqlarını dəyişdirib.

Nəşr 16 tankerin Böyük Britaniya və ya ABŞ sanksiyalarına məruz qaldığını aydınlaşdırır. S&P qeyd edib ki, beynəlxalq dəniz hüququ çərçivəsində bu səfərlər zamanı bayraq dəyişikliklərinin qanuniliyi qeyri-müəyyən olaraq qalır.

WSJ yazır ki, bayraq dəyişiklikləri Venesuela, İran və Rusiyadan neft daşıyan tanker donanmasının təkamülündə növbəti mərhələni qeyd edir. Qəzetin iddiasına görə, bu gəmilərin operatorları yüklərinin mənşəyini gizlətmək üçün səylər göstərirlər, o cümlədən tankerlərin adlarını dəyişdirirlər və koordinatları saxtalaşdırırlar.

7 yanvarda ABŞ beynəlxalq sularda Rusiya neft tankeri "Marinera"nı saxlayıb. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, gəmi sanksiyalara zidd olaraq İran və Venesueladan neft daşıyırdı. Rusiya Nəqliyyat Nazirliyi tankerin Rusiya bayrağı altında üzmək üçün 2025-ci ilin dekabrında icazə aldığını iddia edib. Donald Trampın qərarından sonra iki Rusiya vətəndaşı ələ keçirilən tankerdən çıxarıldıb.

Samir

Seçilən
14
hit.az

1Mənbələr