AZ

Yollarda qəza şəraiti yaradan dəmir parçaları ilə bağlı AYNA dan açıqlama: Məqsədli sökülməmə halı yoxdur”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Facebook” sosial şəbəkəsində bir vətəndaş yolun beton səthində qalmış kəsilmiş dəmir parçalarının videosunu paylaşaraq narahatlığını ifadə edib. Onun sözlərinə görə, "dəmirlər yolun genişləndirilməsi məqsədilə kəsilib, lakin yerində qaldığı üçün bu vəziyyət avtomobillər üçün ciddi təhlükə yaradır". Belə ki, həmin hissəyə çıxan nəqliyyat vasitələrinin təkərləri zədələnə, hətta qəza baş verə bilər. Həmçinin insanlar həmin yolun narahatlığı ilə bağlı vəziyyətin Bakı-Sumqayıt yolunda və Goran dairəvi yolunda, eləcə də Qobustanın girişində olduğunu da bildiriblər.Bu cür hallarda yolun istismara verilməsinə kim cavabdehdir və təhlükəli sahələrin aradan qaldırılması ilə bağlı hansı tədbirlər görülür?

Məsələ ilə bağlı yaranan sualları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan yol təxminən 5-6 il əvvəl genişləndirilib: “Bu görüntü ötən ilə aiddir. Əraziyə həm əvvəllər, həm də sonradan baxış keçirilib. Qeyd olunan yol təxminən 5-6 il əvvəl genişləndirilib və həmin zaman metal maneələr sökülüb. İndiyə qədər bununla bağlı bizə heç bir rəsmi şikayət daxil olmayıb.

Sizin adını çəkdiyiniz ərazilərdə hazırda belə bir kəsilmə və ya genişləndirmə prosesi aparılmır. Ola bilsin ki, bəzi digər ərazilərdəki dəmir parçaları yol-nəqliyyat hadisələri zamanı zədələnmiş olsun. Təəssüf ki, magistral yollarda belə qəzalar baş verir və nəticədə bəzi təhlükəsizlik elementləri zərər görə bilər. Bu kimi hallarda həmin dəmir tirlər mütəmadi olaraq dəyişdirilir. Lakin onların məqsədyönlü şəkildə yerində saxlanılması və ya sökülməməsi halları yoxdur”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
bizimyol.info

1Mənbələr