“Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliyanın başqa klubuna keçə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” serbiyalı futbolçu ilə maraqlanır.
Klub forvardı azad agent kimi heyətinə qatmaq istəyir.
Vlahoviçin “Yuventus”la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.