AZ

Velosiped zolağını parkinqə çevirən sürücü 90 AA 953 FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Səbail rayonu, Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yol-hərəkəti qaydalarını pozan sürücü lentə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 12-də saat 13:40 radələrində qeydə alınıb. Belə ki, 90-AA-953 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü velosipedçilər üçün nəzərdə tutulmuş zolaqda park edib. Nəticədə velosipedçilərin hərəkəti məhdudlaşdırılıb və onlar avtomobillər üçün nəzərdə tutulmuş zolağa çıxmağa məcbur qalıblar. Bu hal isə həm velosipedçilər, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, velosiped zolağında dayanma və parklanma qadağandır. Bu cür qayda pozuntuları yol hərəkətinin təhlükəsizliyini ciddi şəkildə pozur və qəza riskini artırır. 

Nərmin

Oxunub 36

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
avtosfer.az

1Mənbələr