NYT müxbirinin müsahibə istəyi eks-prezidentin gözlənilməz addım atmasına səbəb olub...
Poliqon xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden The New York Times qəzetinin jurnalisti Tayler Peycerin müsahibə üçün onunla əlaqə saxlamağa cəhd etməsindən sonra telefon nömrəsini dəyişib. Bu barədə Peycer özü açıqlama verib və hadisənin baş verdiyini təsdiqləyib.
Jurnalistin sözlərinə görə, o, həqiqətən də Baydenə zəng edib və bundan qısa müddət sonra eks-prezident nömrəsini dəyişib. Peycer bu fikirləri ABŞ prezidenti Donald Trampdan götürdüyü müsahibə zamanı səsləndirib.
Donald Tramp isə məsələyə münasibət bildirərək, Baydendən fərqli olaraq mətbuatla ünsiyyətə açıq olduğunu vurğulayıb. O qeyd edib ki, heç vaxt jurnalistlərin zənglərindən qaçmayıb və telefon nömrəsini dəyişməyə ehtiyac görməyib. Tramp, həmçinin, Baydenin uzunmüddətli müsahibə formatına dözə bilməyəcəyini iddia edərək, onun belə bir vəziyyətdə tez yorulacağını və hətta “yorğunluqdan yerə uzanacağını” söyləyib.
Xatırladaq ki, yanvarın əvvəlində Donald Tramp daha bir rezonans doğuran açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Co Baydenin prezidentliyi dövründə şəxsən imzaladığı yeganə rəsmi sənəd Baydenin oğlunun əfv edilməsi ilə bağlı fərman olub. Tramp iddia edib ki, dövlət başçısının rezolyasiyası tələb olunan digər sənədlər avtomatik imza qurğusu – avtopər vasitəsilə təsdiqlənib.
Poliqon.info