Bakı. Trend:
Avropa Komissiyası (AK) Avropa Şurasının 2026–2027-ci illərdəUkraynaya 90 milyard avro həcmində birgə kredit formasında maliyyəyardımı göstərilməsi ilə bağlı qərarına əsasən, bu vəsaitlərinayrılmasına cari ilin ikinci rübündə başlamağa hazırlaşır.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə komissiyanın rəsmi nümayəndəsiBalaş Uyvari açıqlama verib.
“Biz vaxtında müəyyən sayda qanunvericilik aktlarıhazırlamalıyıq və ümid edirəm ki, bunu kifayət qədər tez edəcəyik.Beləcə biz, cari ilin ikinci rübünün əvvəlində ödənişlərə başlayabiləcəyik”, – deyə Uyvari bu gün Brüsseldə keçirilən brifinqdəKiyevə yaxın iki il üçün vəd edilən kreditə dair sualıcavablandıran zaman bildirib.
O əlavə edib ki, yaxın vaxtlarda AK tərəfindən Ukraynayaqanunvericiliklə bağlı bir sıra təkliflər irəli sürüləcək.Uyvarinin sözlərinə görə, bu təkliflərdə Ukraynanın hərbi və büdcəməqsədləri üçün vəsaitlərin bölüşdürülməsi qaydasıgöstəriləcək.