Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib. Bir nəfər (qadın) dəm qazı zəhərlənməsi səbəbi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) hospitalizasiya olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan ŞMX-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
Telegram kanalımız