AZ

İrandan gətirilən bu məhsullar bahalaşacaq – SƏBƏB BUDUR

Son dövrlər İranda baş verən iqtisadi və siyasi proseslər bu ölkədən idxal olunan məhsulların qiymətlərinə mümkün təsirləri ilə bağlı müzakirələri gündəmə gətirib. Xüsusilə də Azərbaycana İrandan gətirilən ərzaq və qeyri-ərzaq məhsullarının yaxın müddətdə bahalaşıb-bahalanmayacağı ictimai maraq doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, hazırkı mərhələdə İrandan Azərbaycana idxal olunan malların qiymətində kəskin artım riski yüksək deyil.

“İran rialının zəif məzənnədə qalması və bu ölkədə istehsal xərclərinin nisbətən aşağı olması qiymətlərin stabil qalmasına şərait yaradır”.

Ekspert qeyd edib ki, mümkün qiymət artımı əsasən logistika xərclərinin yüksəlməsi, sərhəd-keçid proseslərində yaranan çətinliklər və ya regionda baş verə biləcək geosiyasi gərginliklərlə bağlı ola bilər.

“Əgər nəqliyyat xərclərində və ya ticarət dövriyyəsində ciddi dəyişikliklər baş verməzsə, yaxın dövrdə qiymətlərdə ciddi artım gözlənilmir.

Onun fikrincə, Azərbaycanda bazarın alternativ idxal mənbələri ilə təmin olunması da qiymətlərin kəskin bahalaşmasının qarşısını alan əsas amillərdəndir. Bu baxımdan, istehlakçılar üçün yaxın perspektivdə ciddi qiymət şoku ehtimalı azdır.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
26
1
konkret.az

2Mənbələr