AZ

“Aston Martin” yeni Formula-1 reqlamenti qarşısında çətinlik yaşayır

2026-cı il mövsümü üçün Formula-1 bolidlərinin əvvəlki nəsillə müqayisədə 30 kiloqram daha yüngül olması nəzərdə tutulur. Lakin bəzi komandalar, o cümlədən “Aston Martin” bu çəki limitinə əməl etməkdə çətinlik yaşayır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə sabiq pilot Matteo Bobbi “YouTube” kanalında açıqlama verib.

Onun sözlərinə görə, yeni texniki reqlamentə uyğun bolidlərin 30 kq yüngülləşdirilməsi mühəndislər üçün ciddi çağırışdır:

“Yeni reqlamentə əsasən, bu maşınlar əvvəlkilərdən 30 kiloqram daha yüngül olmalıdır. Bu isə asan məsələ deyil. Hazırda ‘Aston Martin’in çəki ilə bağlı müəyyən problemləri var və böyük ehtimalla komanda mövsümə təxminən 15 kiloqram artıq çəki ilə başlayacaq”, – deyə ekspert bildirib.

Matteo Bobbi 2022-ci ildə əvvəlki texniki reqlamentin ilk mövsümündə “Red Bull”un yaşadığı oxşar vəziyyəti də xatırladıb. Həmin vaxt komanda mövsümə artıq çəki ilə başlasa da, sonradan kütlənin azaldılmasına yönəlmiş böyük yenilənmələrdən sonra üstünlüyü ələ almışdı.

Ekspertin fikrincə, Adrian Nyui rəhbərliyi altında hazırlanan yeni “Aston Martin” bolidində də ilk texniki yeniliklərin əsas məqsədi məhz çəkini azaltmaq olacaq.

Seçilən
22
90deqiqe.az

1Mənbələr