AZ

Azərbaycanda idxal gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabinetinin 500 nömrəli Qərarında dəyişik edilməsi ilə bir sıra məhsullar üzrə qüvvədə olan idxal gömrük rüsumlarının dərəcələrinin 2025-ci ildə bitməsinə görə (bəzi malların idxal gömrük rüsumundan azadolmalar, bəzi məhsullar üzrə isə spesifik idxal və ixrac gömrük rüsumlarının tətbiqi) həmin rüsum dərəcələrinin qüvvədə olma müddətinin uzadılması nəzərdə tutulur. Qərardakı mal qrupları ət məhsulları, süd məhsulları, tərəvəz, meyvə, meyvə və tərəvəz şirəsi, meyvəli içkilər, tütün, dəri məhsulları, tikinti materialları (alçıpan, daş yunu), hava filtri, keramika məhsulları və s. əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
14
baku.ws

10Mənbələr