Rusiyanın Kiprdəki səfirliyi öz işçisinin ölümünü elan edib. Diplomatik missiyanın məlumatına görə, A.V. Panov 8 yanvarda vəfat edib.
Diplomatik missiya əlavə məlumat verməyib. Yerli media kişinin intihar etdiyini bildirib.
ANT1 televiziyası bildirir ki, yüksək vəzifəli səfirlik əməkdaşının cəsədi 8 yanvarda günorta saatlarında onun ofisində tapılıb. Kanal iddia edir ki, Kipr hakimiyyət orqanlarına fövqəladə hal barədə bir neçə saat sonra məlumat verilib və hadisə yerinə gələn polis əməkdaşlarına giriş icazəsi verilməyib. Bildirilir ki, cəsəd səfirlik kompleksinin həyətində polis əməkdaşlarına təhvil verilib və ölüm səbəbi intihar kimi göstərilib.
Cyprus Mail-in məlumatına görə, 9 yanvarda cəsədin müayinəsi ölüm səbəbinin “qeyri-təbii hallar” olduğunu müəyyən edib. Bu gün məhkəmə-tibbi ekspertizası təyin edilib. Rusiya səfirliyi vurğulayıb ki, “Kipr hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində” diplomatın cəsədini tez bir zamanda vətəninə qaytarmaq istəyirlər.
//Samir Qurbanov, Editor.az