Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Uşaqlarda qızdırmanı düzgün idarə etmək üçün ilk növbədə verilən dərmanın dozasına diqqət etmək lazımdır. Dərman uşağın çəkisinə uyğun hesablanmalıdır".Bunu Demokrat.az-a açıqlamasındaO, bildirib ki, paratsetamol tərkibli dərmanlar qızdırma zamanı əsas seçim sayılır:"Doza adətən uşağın çəkisinə uyğun müəyyən edilir və 4–6 saat ara ilə təkrar verilə bilər. Evdə ibuprofen də varsa, çalışın onu ilk seçim kimi yox, alternativ olaraq istifadə edəsiniz. Çünki ibuprofenin yan təsirləri paratsetamola nisbətən daha çoxdur".Mütəxəssis bildirib ki, paratsetamol verildikdən təxminən 1 saat sonra qızdırma hələ də 39–40 dərəcə civarındadırsa, alternativ olaraq ibuprofen istifadə etmək olar:"Amma ilkin seçim yenə də paratsetamol olmalıdır. Təcili vəziyyətdə əlinizdə yalnız ibuprofen varsa, onu verə bilərsiniz, lakin daha sonra paratsetamol əldə etmək tövsiyə olunur. Əgər dəqiq dozanı bilmirsinizsə, həkimlə məsləhətləşmək vacibdir. Bununla yanaşı, uşağa bol maye vermək, otağı sərin saxlamaq, qalın geyimləri çıxarmaq və bədənin büküş nahiyələrini ilıq su ilə silmək də qızdırmanın düşməsinə kömək edir".Onun sözlərinə görə, bu tədbirlərə baxmayaraq qızdırma enmirsə və ya uşaqda vəziyyət pisləşirsə, mütləq təcili tibbi yardıma müraciət edilməlidir.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.