Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2025-ci ilin yekunlarına və qarşıdakı dövrdə görüləcək işlərə həsr olunmuş iclas keçirilib.
Newscenter.az xəbər verir ki, iclasda Ombudsman tərəfindən 2025-ci il ərzində insan hüquq və azadlıqlarının müdafiəsi, müraciətlərə baxılması, baṣçəkmə və monitorinqlərin aparılması, hüquqi maarifləndirmə tədbirlərinin təşkili və dövlət qurumları ilə əməkdaşlıq istiqamətində görülmüş işlər ətraflı şəkildə təhlil olunub. Qeyd edilib ki, hesabat dövründə vətəndaşların hüquqlarının bərpası, hüquqpozmaların qarșısının alınmasına dair təklif və tövsiyələrin hazırlanması və həssas qrupların hüquqlarının qorunması prioritet istiqamətlərdən olub.
İclasda həmçinin qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə edilib.İcra intizamının gücləndirilməsi, müraciətlərə baxılma müddətlərinə ciddi əməl olunması və fəaliyyətin nəticəyönümlü təşkili ilə bağlı konkret tapşırıqlar verilib.
Eyni zamanda, 2026-cı ildə Ombudsman təsisatının fəaliyyətində prioritet olacaq istiqamətlər, o cümlədən hüquqi maarifləndirmənin genişləndirilməsi, uşaq hüquqlarının müdafiəsi, rəqəmsal hüquqlar və dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri diqqətə çatdırılıb.
İclasın sonunda qarşıdakı il üçün fəaliyyətin daha səmərəli qurulması məqsədilə müvafiq tövsiyə və göstərişlər verilib.
Süleyman