Bakı. Trend:
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan"Zirə" bu gün ilk yoxlama oyununu keçirib.
Trend xəbərverir ki, paytaxt təmsilçisi Rumıniyanın “Çiksereda” komandası iəüz-üzə gəlib.
Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. “Zirə”nin qollarını10-cu dəqiqədə Namik Ələskərov, 17-ci və 45-ci dəqiqələrdə isəpenaltidən Rövlan Muradov vurub.
"Zirə" qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb."Çiksereda" isə Rumıniya Superliqasında 16 xalla 14-cüdür.
Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın “Oleksandriya” vəÇexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.