İngiltərə Kubokunun üçüncü turunda “Norviç Siti” – “Uolsoll” (5:1) oyunu zamanı bir azarkeş dünyasını dəyişib.
İdman.Biz bildirir ki, komandalar İngiltərənin Norviç şəhərindəki “Karrou Roud” stadionunda oynayıblar.
“Norviç Siti” mətbuat xidməti hadisə barədə məlumat verib. Azarkeşə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
“Azarkeşin ailəsinə məlumat verilib və klub bu çətin dövrdə onlara dəstək olacaq. Klub bu fövqəladə vəziyyətdə kömək etmək üçün göstərdikləri səylərə görə tibb işçilərinə, təhlükəsizlik xidmətinə və yaxınlıqdakı azarkeşlərə səmimi qəlbdən təşəkkür edir”, - “Norviç Siti” mətbuat xidmətinin açıqlamasında deyilir.