"Avroviziya" qalibimiz Nigar Camal paytaxt məkanlarından birində səhnə alaraq sevilən mahnılarını ifa edib.
Milli.Az xəbər verir ki, çıxışı ilə tamaşaçıların rəğbətini qazanan müğənni, eyni zamanda səhnə tərzi ilə də diqqət mərkəzinə düşüb. Cazibədar ifaçının geyimi, xüsusilə sinə dekoltesi sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Paylaşılan görüntülər qısa zamanda geniş yayılaraq müzakirələr yaradıb. İzləyicilərin bir qismi Nigar Camalın səhnə tərzini və zövqlü görünüşünü yüksək qiymətləndirib, digərləri isə fərqli fikirlər səsləndirərək sənətçini təndiq ediblər.
Qeyd edək ki, Nigar Camal tez-tez geyim tərzi ilə gündəmə gələn müğənnilərdəndir.
Musa
Milli.Az