AZ

“Monako”nun sabiq futbolçusu vəfat edib

“Monako” klubunun sabiq futbolçusu Rolan Kurbanın vəfatı edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Açıqlamada mərhumun klub tarixindəki xidmətləri xüsusi vurğulanıb:

“Dərin kədərlə ‘Monako’nun sabiq futbolçusu, Fransa çempionatının ikiqat qalibi, ölkə kubokunun sahibi, qırmızı-ağ formada 155 oyuna çıxmış və Fransa futbolunun güclü simalarından biri olan Rolan Kurbanın vəfatını öyrəndik. Klub onun ailəsinə və yaxınlarına ən dərin hüznlə başsağlığı verir”, – deyə mətbuat xidmətinin bəyanatında qeyd olunub.

Qeyd edək ki, Rolan Kurba məşqçi kimi 2004-cü ildə Türkiyənin “Alaniya” klubunda çalışıb. Onun rəhbərliyi altında komanda 26 oyun keçirib və bu matçlarda 8 qələbə qazanıb.

Mərhum mütəxəssis karyerası ərzində “Marsel”, “Bordo”, “Tuluza”, “Əl-Vahda”, “Monpelye”, “Ayaçço” və digər klublara da rəhbərlik edib.

Seçilən
24
90deqiqe.az

1Mənbələr