AZ

Gürcüstanın keçmiş baş naziri Qaribaşvili saxlanılıb, artıq həbsxanaya köçürülüb Vəkil

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Çirkli pulların yuyulması ittihamları ilə bağlı günahını etiraf edən Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili saxlanılıb və cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şakulaşvili jurnalistlərə bildirib.

"Qaribaşvili artıq saxlanılıb. Hazırda həbsxanaya köçürülmə proseduru icra edilir", - deyə vəkil bildirib və o əlavə edib ki, cəzasını harada çəkəcəyini hələ bilmir.

Bazar ertəsi günü Gürcüstan Baş Prokurorluğu Qaribaşvili ilə etiraf müqaviləsi bağlandığını və bu müqaviləyə əsasən o, günahını etiraf etdiyini açıqlayıb. Məhkəmə onu beş il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, keçmiş baş nazir 1 milyon lari (təxminən 370.000 dollar) məbləğində cərimə olunub və evində axtarış zamanı müsadirə edilən vəsaiti - təxminən 6,5 milyon dolları - dövlətə təhvil vermək əmri verilib.

İrakli Qaribaşvili 2013-2015 və 2021-2024-cü illərdə Gürcüstanın Baş naziri vəzifəsində çalışıb. 2024-cü ilin oktyabr ayında Baş Prokurorluq onu çirkli pulların yuyulmasında ittiham edib. Müstəntiqlərin sözlərinə görə, o, 2019-2021-ci illərdə gizli şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olub ki, bu da vəzifəli şəxslər üçün qadağandır.

Tbilisi Şəhər Məhkəməsi daha sonra Qaribaşviliyə 1 milyon lari girov qoymağı əmr edib. Daha əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Qaribaşvilinin, eləcə də keçmiş DTX rəisi Qriqol Liluaşvilinin, keçmiş baş prokuror Otar Partsxaladzenin və müxtəlif cinayət işlərində təqsirləndirilən bir neçə digər şəxsin evlərində və mənzillərində axtarış aparıldığını bildirib. İstintaq zamanı 7 milyon dollardan çox, 198 bahalı zərgərlik əşyası və saat, qiymətli rəsm əsərləri, sənədlər, eləcə də 50 mobil telefon və 119 elektron cihaz müsadirə edilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
bizimyol.info

1Mənbələr