
Meta Avstraliyada 16 yaşdan aşağı sosial media istifadəçilərinin platformalara girişini qadağan edən qanuna əsasən, təxminən 550 min hesabın deaktiv edildiyini açıqlayıb.
Avstraliya Yayım Korporasiyasının (ABC) Meta-nın açıqlamasına istinadən verdiyi məlumata görə, Avstraliyada 16 yaşdan aşağı sosial media istifadəçiləri gənclər üzərində sosial medianın zərərli təsirini azaltmaq məqsədilə 10 dekabr 2025-ci ildə qüvvəyə minən qanun çərçivəsində müxtəlif platformalara daxil ola bilmirlər.
Şirkət 16 yaşdan aşağı istifadəçilərə məxsus olduğu müəyyən edilən təxminən 550 min hesabın deaktiv edildiyini bildirərək, 4–11 dekabr 2025 tarixləri arasında Instagram-da təxminən 330 min, Facebook-da 173 min, Threads-də isə 39 min hesabın bağlandığını qeyd edib.
Meta hökumətin birbaşa qadağalar tətbiq etmək əvəzinə sektorla konstruktiv əməkdaşlıq çərçivəsində təhlükəsiz, məxfiliyi qoruyan və yaşa uyğun onlayn təcrübələrin yaradılmasının vacibliyinə diqqət çəkib, istifadəçilərin yaşını təsdiqləmək üçün tətbiq olunan uyğunsuz yoxlama üsullarını isə tənqid edib.
Baş nazir Entoni Albanezenin rəhbərlik etdiyi hökumətin də bu həftə ərzində 16 yaşdan aşağı istifadəçilərə aid neçə sosial media hesabının bağlandığı ilə bağlı məlumatları ictimaiyyətə açıqlaması gözlənilir.