Olay.az saytına istinadən ain.az xəbər verir.
Müğənni Ayaz Babayev həmkarı Əhməd Mustafayevin onu “bloger” adlandırmasına cavab verib.
OLAY yazır ki, bu barədə o, “Pərvizə görə”də danışıb. Ayaz deyib ki, Əhmədin fikrini düz hesab etmir:
“O söhbətdən sonra Əhmədlə üz-üzə gəlməmişəm, gəlsəm, salamlaşaram. Onları da qınamıram, mənim də qarşımda Ayaz Babayev olsa, söz atardım. Bilirəm ki, reaksiya gələ bilərdi. Məndən istifadə etmək istəyirlər, etsinlər. Sorurşurlar ki, niyə bloger deyirsən?Deyir, blogerlərlə oturub-durur. Mən cərrahlarla oturub-dursam, cərrah oluram? İnsanın fikri düz deyil. Mən səhifəmi influenser-artist kimi işlədirəm. Çoxşaxəli artistəm. Sən nəyisə bacarmırsansa, sadəcə səhnədə toy oxuyursansa... Əslində hamının öz səhifəsi, blogu var. Bu sözü deyəndə düşünürlər ki, Ayaza təsir edir, əksinə reklamlarım artır”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.