AZ

Sumqayıtda qadına qarşı ağır zorakılıq: 38 yaşlı şəxs bıçaqlanıb

Sumqayıt şəhərində qadına qarşı törədilmiş ağır cinayət hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bulvar küçəsində baş verib.

Məlumata görə, 1986-cı il təvəllüdlü Allahverdiyev Yusif Seyfulla oğlu ilə 1988-ci il təvəllüdlü Muxtarova Zəhra Vəli qızı arasında münaqişə yaranıb. Münaqişə zamanı kişi əvvəlcə qadına fiziki zor tətbiq edib, daha sonra ona bıçaqla xəsarətlər yetirib.

Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, qadına döş qəfəsinin arxa səthinin yarası, eləcə də ağız və burun nahiyələrinin zədələnməsi diaqnozu qoyulub. Ona tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
22
nocomment.az

1Mənbələr