Bakının Qaradağ rayonunda, Ələt qəsəbəsində qanunsuz məscid inşası faktının aşkarlandığı bildirilir.
Ölkə.Az-ın məlumatına görə, bu barədə “Yeni Sabah” yazır ki, dini təriqətə mənsub bir qrup şəxsin adıçəkilən yaşayış məntəqəsində məscid tikintisi apardıqları məlum olub.
"Bundan sonra müvafiq qurumlar araşdırmalara başlayıblar. Dini məbədin qanunsuz tikildiyi, bunun üçün heç bir razılıq alınmadığı üzə çıxıb. Tikinti dayandırılıb, fakt aktlaşdırılıb və müvafiq qurumlara göndərilib", - deyə qeyd edilib.
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu il mart ayının 4-dən bu vəzifədə çalışır.