ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa çağırılıb.
Gununsesi.info bildirir ki, bu barədə Fuad Qəhrəmanlı özü bildirib.
“Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyev işi ilə bağlı ifadə almaq üçün məni idarəyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefon vasitəsilə ilə cavablandırmağa hazıram.
Ancaq mən hara, Ramiz Mehdiyev hara… Ramiz Mehdiyevin dövründə 4 dəfə siyasi sifarişlə şərlənərək cinayət məsuliyyətinə cəlb olunmuşam. Özüm ölkədə olmasam da Ramiz Mehdiyevə qarşı yazdığım yazılarda əslində mənə ünvanlanacaq bütün suallara lazım olan bütün cavablar var”.
Qeyd edək ki, Fuad Qəhrəmanlı hazırda Fransada mühacir həyatı yaşayır.
Günay
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.