AZ

Neftçi nin növbəti oyununun yeri və vaxtı müəyyənləşib

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçi"nin Əbu-Dabi toplanışında keçirəcəyi ikinci yoxlama oyununun vaxtı və yeri müəyyənləşib.

Klubdan BAKU.WS-ə verilən məlumata görə, "Piramids"lə (Misir) matç yanvarın 13-də, Bakı vaxtı ilə saat 18:00-da Məhəmməd bin Zayed adına stadionunda baş tutacaq.

Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
17
baku.ws

10Mənbələr