Bakı. Trend:
Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsibarədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Trend-ə prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseynİsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əliilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğuxəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələrmüəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işibaşlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismindətutulub.