AZ

Sətdar Nəbiyevin ölümündə ŞÜBHƏLƏR MÜƏYYƏN EDİLİB

Ajans.az xəbər verir ki,  yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə prokurorluğa məlumat daxil olub. Aparılmış araşdırmalar zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxıldığı və aldığı xəsarətlərdən iki gün sonra xəstəxanada vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi başlanıb. Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.

Seçilən
83
Ajans.az

1Mənbələr