Bakıda 71 yaşlı qadın hamamda dəm qazından boğulub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsində yerləşən fərdi evlərin birində baş verib.
Gülxar Əhədovanın hamamda dəm qazından zəhərlənməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, meyitə baxış keçirilib. İlkin ehtimala görə, qadın hamamda olarkən dəm qazından zəhərlənib.
Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Qohumları onu da əlavə etdilər ki, qazın uzun müddət tibb bacısı işləyib.
Faktla bağlı rayon prokurorluğunda aradşırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.