Abşeron rayonunda alzheimer xəstəsi kişi itkin düşüb.
Milli.Az-ın məlumatına görə, rayonun Masazır qəsəbə sakini 1975-ci il təvəllüdlü Hacıyev Kamal Fehruz oğlu dünən saat 12:00 radələrində evindən çıxıb və qayıtmayıb.
İtkin düşmüş kimi axtarışa verilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. (APA)
Milli.Az