AZ

“Volkswagen”dən videoqeydiyyatçı və monitor oğurlanıb

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yasamal rayonunda oğurluq hadisəsi baş verib.  Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayon sakini polisə müraciət edərək ona məxsus “Volkswagen” markalı avtomobilindən naməlum şəraitdə videoqeydiyyat qurğusu və monitor oğurlandığını bildirib.  Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı E.Hacıyev müəyyən edilərək saxlanılıb.  Faktla bağlı araşdırma aparılır.

Oxunub 32

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
avtosfer.az

1Mənbələr