AZ

Mbappe barədə qalmaqallı iddia

“Real Madrid”in futbolçusu Kilian Mbappenin zədəli halda oynadığı iddia edilib. Metbuat.az xəbər verir ki, İspaniya mediasında Mbappenin Kriştiano Ronaldonun rekordunu qırmaq istədiyi üçün zədəli oynaması müzakirələrə səbəb olub. Super Kubok oyununda diz problemləri səbəbindən "Atletiko Madrid"ə qarşı yarımfinal oyununu buraxan Mbappenin üçüncü divizion komandası “Talavera” ilə kubok matçında belə rekordu qırmaq üçün zədəli oynadığı irəli sürülüb.

Qeyd edək ki, Kilian Mbappe 2025-ci ili 59 qolla başa vuraraq Kriştiano Ronaldonun 2013-cü ildə əldə etdiyi rekordu təkrarlayıb. Lakin bu ambisiya Madrid klubu tərəfindən Mbappenin öz maraqlarını klubun maraqlarından üstün tutması kimi şərh edilib.

Seçilən
19
metbuat.az

1Mənbələr