AZ

Əfsanəvi aktyor vəfat etdi

Türkiyənin məşhur aktyoru Koray Ergün dünyasını dəyişib. 68 yaşlı aktyor bu gün vəfat edib. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə aktyorun övladları özlərinin sosial şəbəkə hesablarında məlumat yayıblar. Qeyd edək ki, Koray Ergün beyin xərçəngindən əziyyət çəkirdi. O, ötən ilin aprelində əməliyyat olunmuşdu.

Aktyor ömrünün 40 ilini teatra və kinoya həsr edib. Ergün onlarla məşhur filmdə çəkilib. Aktyor "Ayla", "Kanımdakı Barut", "Kuruluş" kimi məşhur seriallarda yaddaqalan obrazlar yaradıb.

Seçilən
74
metbuat.az

1Mənbələr