Bakı. Trend:
Türkiyənin Ordu və Kahramanmaraş vilayətlərində əlverişsiz havaşəraiti səbəbindən tədris prosesi müvəqqəti dayandırılıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ordu Valiliyindənverilən məlumata görə, güclü qar, şaxta və buzlaşma riski iləəlaqədar Akkuş, Aybastı, Çamaş, Çatalpınar, Çaybaşı, Gölköy,Gürgentepe, İkizce, Kabataş, Korgan, Kumru, Mesudiye və Ünyerayonlarında bütün dövlət və özəl təhsil müəssisələrində, eləcə dəxüsusi təhsil və reabilitasiya mərkəzlərində, kurslarda və xalqtəhsili mərkəzlərində bir gün müddətinə dərslər təxirə salınıb.Bildirilib ki, dövlət qurumlarında çalışan hamilə və əlilliyi olanşəxslər, həmçinin uşağı bağça və ya uşaq bağçasına gedən analar dainzibati məzuniyyətli sayılacaqlar.
Kahramanmaraş vilayətində isə güclü qar və əlverişsiz havasəbəbindən Andırın, Çağlayancerit, Elbistan, Ekinözü, Göksun vəNurhak rayonlarında tədrisə bir gün fasilə verilib. VilayətinTürkoğlu, Dulkadiroğlu, Onikişubat və Pazarcık rayonlarının kəndərazilərində yerləşən bəzi məktəblərdə də eyni qərarın tətbiqolunduğu bildirilib.
Rəsmi qurumlar hava şəraitinin gedişindən asılı olaraq əlavəqərarların verilə biləcəyini istisna etmirlər.