BAKI, 12 yanvar. TELEQRAF
Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” iki pərdəli operası təqdim olunub.
Teleqraf xəbər verir ki, operada "Məcnun" obrazını Xalq artisti Mənsum İbrahimov, "Leyli" obrazını isə Xalq artisti Nəzakət Teymurova ifa edib.
Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor isə Əməkdar artist Əyyub Quliyevdir.
Tarda ifa Xalq artisti Elçin Həşimova, kamançada müşayiət Əməkdar artist Elnur Əhmədova aid olub.