Sürətləndirilmiş məhkəmə prosesindən sonra İrandakı iğtişaşların təşkilatçılarının ilk qrupu çərşənbə günü səhər Fəcr namazından sonra asılmaqla edam ediləcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə "İranlı Jurnalistin Gündəliyi" “Telegram” kanalının məlumat verib.
Edamların bəziləri İslam qanunlarına uyğun olaraq açıq şəkildə həyata keçirilə bilər.
Məlumat üçün bildirək ki, Fəcr namazı, günəşin ilk şəfəqləri çıxarkən qılınan sübh namazıdır. Yəni gecənin qaranlığı yox olub işıqların açıldığı səhər vaxtına təsadüf edir. Bu namaz İslam dinində çox fəzilətli hesab olunur və fəcr sözü ərəbcədən günəşin çıxışına yol açan ilk işıqlar mənasını verir.