AZ

Sərxoş sürücü maşını yol polisinə verməmək üçün yandırdı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Sərxoş şəxs polisə maşını verməmək üçün yandırdı. Avtosfer.az xəbər verir ki, Başqırdıstanda baş verən hadisə kameraya düşüb. Belə ki, yol polisi əməkdaşları şübhələndikləri “Lada” markalı avtomobilə “Saxla” əmri veriblər.

Qəzalar zamanı həyatını itirənlərin sayı məlum oldu - SƏBƏBLƏR

Yoxlama zamanı sürücüsünün sərxoş olduğu məlum olub. Sərxoş kişini cərimələyən polis əməkdaşı avtomobili dayanacağa aparmaq istəyiblər. Lakin sürücü avtomobili onlara verməmək üçün öncə akkumulyatoru çıxararaq maşını əzməyə başlayıb, daha sonra isə ona od vurub.  

Polis əməkdaşlarının çağırışı ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Yanğın qısa zaman içində söndürülsə də, avtomobil yarasız vəziyyətə düşüb. Hadisəni törədən sürücü polis bölməsinə aparılıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 20

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
avtosfer.az

1Mənbələr