AZ

Bakıda DƏHŞƏTLİ QƏTL: 450 manata görə 75 yaşlı qadını amansızlıqla öldürdü

ain.az bildirir, Lent az portalına istinadən.

CİNAYƏT İŞİ

Qısa arayış...

2025-ci il iyulun 1-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Belə ki, 112 qaynar xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, İlqar Zeynalov küçəsi, 68 ünvanına cəlb olunublar. Fərdi evin pəncərəsinin qəfəslik hissəsi aşağı tərəfdən kəsiləndən sonra əməkdaşlar içəri daxil olublar. 2 otağın qapısı bağlı vəziyyətdə olduğundan xilasedicilər şüşələri sındırıblar. İkinci otağın döşəməsində, arxası üstə uzanılıqlı vəziyyətdə 1950-ci il təvəllüdlü Jalə Əsgərxanovanın meyiti aşkar edilib.Meyitin başının yanında, xalça üzərində qeyri-müəyyən formalı qanabənzər ləkələr aşkar olunub.Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Jalə Əsgərxnovanın bədən səhində 5 ədəd bıçaq yarası aşkar edilib.

İyulun 5-də şübhəli şəxs qismində Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Süleyman Cəbiyev saxlanılıb. O, Sabunçu rayon Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.İstintaqla müəyyən edilib ki, iyunun 28-i saat 13:30-da Süleyman Cəbiyev hasardan tullanaraq Jalə Əsgərxanovanın yaşadığı evin həyətyanı sahəsinə, ordan da açıq vəziyyətdə olan giriş qapısından evə daxil olub. Qonaq otağının qarşısında rastlaşdığı qadını boğazından tutub, yataq otağı istiqamətində geriyə itələyərək, badalaq verib yerə yıxıb. Süleman yumruqla Jalənin alın nahiyəsinə zərbə vurub. Niyyətini başa çatdırmaqdan ötrü evin mətbəx otağından götürdüyü məişət təyinatlı bıçaqla döşəmədə halsız şəkildə arxası üstə uzanıqlı vəziyyətdə qalan, yaşı ilə əlaqədar ona müqavimət göstərmək iqtidarında olmayan Jalə Əsgərxanovaya arxadan yaxınlaşıb. Sol əli ilə boynundan tutub, onu nisbətən yuxarı dikəldib və müstəsna dərəcədə rəhmsizliklə, sağ əlində saxladığı bıçaqla qadına 5 dəfə zərbə endirib. Sonra qonaq otağında, divara bərkidilmiş paltar asılqanında olan qadın çantasından 450 manat məbləğində pul vəsaitini ələ keçirib. Nəticədə qadın yerindəcə ölüb.

İş üzrə dindirilmiş Süleyman Cəbiyev bildirib ki, ata-anası ilə birlikdə Maştağa qəsəbəsində yaşayıb. Maddi vəziyyətləri yaxşı olmadığına görə 2020-ci ildə qonşuluqda yaşayan Elsevər adlı şəxsin evindən oğurluq etdiyi üçün Sabunçu RPİ- nin əməkdaşları tərəfindən tutulub:

“Lakin valideynlərim oğurladığım qızıl əşyaları və 600 manat pulu ev sahibinə geri qaytardıqları üçün zərərçəkmiş məndən şikayət etmədi. Rayon məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum olundum. 2025-ci ilin mart ayından iyun ayına qədər qəsəbədə yerləşən “Araz supermarket”də satıcı işləyirdim. Lakin əmək haqqı məni qane etmədiyi üçün işdən çıxdım. Bəzən əsəblərimi sakitləşdirməkdən ötrü marixuana çəkirdim. Jalə Əsgərxanova və onun qardaşı Cəlal bizimlə eyni məhlədə, 68 nömrəli evdə yaşayırdılar. Bir qonşu kimi görəndən-görənə salamlaşıb, böyük kimi hörmətlərini saxlayırdım. 2025-ci ilin yanvar ayında Cəlal Əsgərxanov vəfat edəndən sonra, Jalə tək yaşayırdı. Təxminən iyun ayının ortalarında küçədə qadın məni yanına çağırdı və heç bir səbəb olmadan təhqir etdi. Jalə Əsgərxanovanın sözünə təccübləndim, çünki o vaxta qədər aramızda ədavət olmamışdı. Hansı səbəbə görə məni təhqir etdiyini soruşsam da, qonşum cavab verməyərək, çıxıb getdi.

Qapısını döyəcəyim halda açmayacağını bildiyim üçün ayın 28-də günorta hasardan Jalə Əsgərxanovanın həyətinə keçdim. İçəri daxil olanda, qadının qonaq otağından mənə tərəf gəldiyni gördüm. Jalə məni görən kimi tanıdı və təəcüblənərək “sən burda neynirsən?” dedi. Mən də cavab olaraq, bir neçə gün əvvəl ustaların yanında mənə “şərəfsiz” dediyini xatırladıb bunun səbəbini öyrənmək üçün gəldiyimi bildirdim. Yenə məni söyəndə, sağ əlimlə boğazından tutub qadını giriş qapısının çərçivəsinə sıxdım. Jalə müqavimət göstərərək, üzümə sillə vurub, ondan əl çəkməyimi tələb edirdi. Baldalaq vurub, onu yerə yıxdım. Yumruqla gicgah nahiyəsinə zərbə vurdum. Boğazını möhkəm sıxdım ki, səsi kəsilsin. Ayağa qalxıb, çıxıb getmək istəyəndə Jalə yenə də mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onu öldürmək qərarına gəldim. Mətbəx otağına keçdim, dəstəyi qara rəngli bıçağı götürüb ona tərəf getdim. Üzbəüz dayanaraq, bir daha nə üçün söyüş söydiyini soruşdum.

Sonra arxasına keçib boyununa və boğazına zərbələr endirdim. Öləcəyinə əmin olub otaqdan çıxdım. Otağın qapısını açarla bağlayaraq, açarı özümlə götürdüm. Bıçağı və əllərimi mətbəxdə yudum. Giriş qapısının sağ tərəfində, divara bərkidilmiş asılqanda qadın çantasını gördüm. Açıb baxanda, içində 450 manat pul olduğunu görüb cibimə qoydum. Qonaq otağında işlək vəziyyətdə olan televizoru söndürdüm. Jurnal stolunun üzərində sarı rəngli “Nokia” markalı telefonu da söndürmək istəyirdim. Lakin bacarmadığım üçün telefonu özümlə götürdüm. Evin giriş qapısını açarla bağladım. İzi itirmək məqsədi ilə telefonu qırıb həyətin arxa tərəfində yerləşən hamam otağında unitaza atdım. Küçədə heç kim yox idi, sakitcə çıxıb evin həyət qapısını bağladım. Marketə gedib siqaret aldım. Bir neçə gündən sonra məni 14-cü Polis Şöbəsinə dəvət etdilər. Əvvəl bonuma almasam da, sonra törətdiyim cinayət əməlini etiraf etdim. Jalə Əsgərxanovaya qarşı hər hansı seksual xarakterli hərəkətlər etməmişəm. Cinayəti tək törətmişəm”. Araşdırma zamanı məlum olub ki, Jalə Əsgərxanova axırıncı dəfə iyunun 5-də bankomatdan özünə məxsus təqaüd kartı vasitəsi ilə 558 manat pul çıxarıb.

Jalə Əsgərxanovanın meyitiMəhkəmə iclasında Süleyman Cəbiyev çəkiliş aparılmasına etiraz etdiyini bildirib. Hadisəni danışmaq və həmin anı bir daha xatırlamaq istəmədəyini qeyd edib. Qadını öldürmək və evindən pul götümək məqsədi olmayıb.Zərərçəkmiş şəxsin hüquqi varisi Nicat Əsgərxanov ifadəsində göstərib ki, atası Cəlal və anası Tatyana Əsgərxanovlar onlar hələ uşaq olanda boşanıblar:

“Bundan sonra atam bacısı Jalə ilə birlikdə yaşamağa başladı. Bibim ali təhsilli idi, əvvəllər Tibb Texnikumunda fəlsəfə ixtisası üzrə müəllimə işləyib, sonra təqaüdə çıxıb. Bibim də boşanandan sonra ailə həyatı qurmamışdı. Xasiyyətcə mülayim, sakit, heç kimlə işi olmayan insan idi. Axırıncı dəfə onunla iyunun 26-da telefonla danışmışdım. İyulun 1-də zəng vursam da, telefonu sönülü olduğundan əlaqə saxlaya bilmədim. Narahat qalıb ev telefonuna zəng etsəm də, bibim cavab vermədi. Bacıma zəng edib bu barədə məlumat verdim. Həmin gün saat 18 radələrində bacımla birlikdə bibimin evinə getdim. Evin qapısı bağlı idi, nə qədər döysək də, qapını açan olmadı. Üzbəüz yaşayan qonşu xahişimizlə nərdivan qoyub evin həyətinə düşəndən sonra, qapını arxadan açdım. Otaqların işığı sönülü vəziyyətdə idi, pəncərələrdən nə qədər içəri boylansaq da, heç nə görə bilmədik. Bundan sonra 112 qaynar xəttinə zəng vurdum. Bir qədər sonra hadisə yerinə gələn FHN-nin əməkdaşları pəncərəni sındırıb, içəri daxil oldular. Bacım qorxduğu üçün çöldə gözləyirdi. Otaqların birində bibimin meyiti aşkar edildi. Bir neçə gündən sonra öyrəndim ki, bibimi qonşuluqda yaşayan Süleyman Cəbiyev öldürüb. Həmin şəxsin bu cinayəti hansı səbəbə görə törətməsini bilmirəm”.

Jalə ƏsgərxanovaProkuror təqsirləndirilən şəxsə 20 il cəza təyin edilməsini istəyib.Məhkəmə hesab edib ki, zərərçəkmişi öldürmək niyyətinin olmaması barədə Süleyman Cəbiyevin ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz.Məhkəmə qənaətə gəlib ki, Cəbiyevin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldümə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib. Odur ki, ona həmin maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Süleyman Cəbiyev 19 il müddətinə azadlıqdan məhrum olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
lent.az

1Mənbələr