Britaniya, Fransa, İtaliya və Almaniyanın Tehrandakı səfirləri ölkədə baş verən etirazlarla bağlı İran Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, səfirlər etirazçıların zorakı hərəkətlərini əks etdirən videomateriallarla şəxsən tanış olmaq üçün Xarici İşlər Nazirliyinə dəvət olunublar.