Azərbaycanda mənzil kommunal istismar sahələri ilə bağlı yeni qərar verilib.
Xezerxeber.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, mövcud mənzil istismar sahələrinin bazasında Vahid Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi yaradılacaq.
Əmlak məsələləri üzrə eksper Elnur Fərzəliyevin sözlərinə görə, bu proses daşınmaz əmlakların idarə olunmasında ciddi rol oynayacaq.
Bəs, vahid qurumun yaradılması mənzil istismar sahələrinin ləğvinə səbəb ola bilərmi? Dəyişən qərar bu müəssisələrə ehtiyacı azaldacaq, ya artıracaq?
Ekspertlərin fikrincə, daha dəqiq ssenari qurum yaradılandan sonra məlum olacaq. Mənzil istismar sahələrinin fəaliyyəti dövlət qurumu formatından çıxaraq MMC modeli tətbiq olunacaq. Bu da bazar prinsiplərinə uyğun, daha çevik və məsuliyyətli idarəetmə mexanizminin tətbiqinə gətirib çıxara bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.