Tacik döyüşçüsü və gənclər arasında dünya çempionatının qalibi, 15 yaşlı Məhəmmədəli Sadulloyev münaqişə nəticəsində ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Asia Plus” məlumat yayıb.
Mənbənin məlumatına görə, Sadulloyev Kulyab şəhərindəki kompüter klubunda ürəyindən bıçaqlanıb. Digər iki nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları cinayətdə şübhəli bilinən iki şəxsi saxlayıb.